Nəzrin Qəribova: "Dünya Kubokunda uğur qazanacağımıza inanıram" | VİDEO

   Nəzrin Qəribova:    "Dünya Kubokunda uğur qazanacağımıza inanıram" |    VİDEO
  19 Dekabr 2025    Oxunub:1266
"Şahdağ"da ilboyu hazırlıq keçirik; yayda dağlarda qaçır, velosiped sürür, qışda isə xizəklə məşq edirik. Çox sevinirik ki, artıq qış mövsümü başlayıb. Azərbaycan Qış İdmanı Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin dəstəyi ilə bu il Avropada bir sıra beynəlxalq yarışa qoşulacağıq".
AzVision.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində fəaliyyət göstərən "Şahdağ" Turizm Mərkəzində qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan ikigünlük mediaturda Azərbaycanın xizək alpinizmi üzrə milli komandasının üzvü Nəzrin Qəribova dilə gətirib. O bildirib ki, komandanın əsas yarışı 2026-cı ilin ilin martında Şahdağda baş tutacaq:

"Xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna hazırlaşırıq. Bu yarışlar 6 martda başlayacaq və 5 gün davam edəcək. Şahdağda hazırlığımız üçün hər cür şərait, həm idman, həm xizək məşqləri üçün əla imkanlar var. Komandamız yeni qurulsa da, Dünya Kubokunda yaxşı nəticələr qazanacağımıza inanıram".

Nəzrin Qəribova bildirib ki, komandanın böyüklər heyətində 5 nəfər, gənclər heyətində isə 3 nəfər fəaliyyət göstərir.

Diqqətə çatdıraq ki, 2026-cı ilin qış mövsümündə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku ilə yanaşı moqul üzrə Dünya Kubokunun final mərhələsi məhz Şahdağ Turizm Mərkəzində keçiriləcək.

AzVision.az


Teqlər: Şahdağ   mediatur  



Xəbər lenti